“NAFA Catering” ölkəmizin iaşə bazarında fəaliyyət göstərən perspektivli şirkətlərindən biridir. 2018-ci ildə yaradılmasına, bazarda yeni olmasına baxmayaraq, ciddi müştəri auditoriyasına sahibdir və hər gün inkişaf etməyə və bu auditoriyanı daha da genişləndirməyə doğru irəliləyir.
“NAFA Catering” olaraq fəaliyyətimizdə əsas prioritet göstərdiyimiz xidmət və yeməklərin yüksək səviyyədə keyfiyyətli olmasıdır. Biz, qida təhlükəsizliyi və gigiyena sahəsində dünyanın ən ciddi nəzarət sistemlərindən olan HACCP (Hazard Analysis and Critical Control Points) prinsiplərinə əməl edərək fəaliyyət göstəririk.
Peşəkarlıq, məsuliyyət, operativlik, yüksək keyfiyyətli xidmət, uğurlu təşkilatçılıq fəaliyyətimizin əsas missiyasını təşkil edir. Professional komandamız və dünya standartlarına cavab verən müasir texnologiyamızla insanların inam və etibarını qazanmağa, iaşə şirkətləri arasında nüfuzlu yer tutmağa çalışırıq!
“NAFA Catering” şirkəti hər zaman ən yaxşılarından olmaq üçün çalışır və odur ki, ISO 22000:2018 (Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO 9001:2015 (Keyfiyyətin İdarə Olunması) və ISO 45001:2018 (İş Sağlamlığı və Təhlükəsizliyi Sistemi) kimi beynəlxalq sertifikatları əldə etməklə öz işində beynəlxalq standartları tətbiq edir.
Fəaliyyətimizin ilk günündən etibarən peşəkar komandamız, iaşə sahəsində tətbiq etdiyimiz bilik və bacarıqlarımızın sayəsində, əminliklə, bazarda yeni olsaqda, deyə bilərik ki, təcrübəli şirkətlərdən biriyik. Odur ki, “NAFA Catering” ilə çalışacaq hər kəs sifarişinin yüksək səviyyədə həyata keçiriləcəyinə arxayın ola bilər!
Göstərdiyimiz xidmətin keyfiyyəti ilə qazandığımız müştəri məmnuniyyəti bizim üçün ən böyük uğurdur! Bu uğuru qorumaq və daha da böyütmək üçün var-gücümüzlə çalışırıq!
“NAFA Catering” hər zaman müştərilərinin ehtiyaclarını ödəməyə çalışan etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Tərəfdaşlarımızın hər biri öz fəaliyyət sahəsində müəyyən nüfuz qazanıb, kifayət qədər təcrübəyə və ixtisaslı kadrlara malikdir. Bizə göstərdikləri etimad və inama görə hər birinə təşəkkür edirik! Yeni tərəfdaşlarla əməkdaşlığa başlamaqdan isə çox şad olarıq!
Əsas fəaliyyət prinsiplərindən olan dürüstlüyə hər zaman əməl etməyə, həyata keçirdiyimiz layihələrimizlə peşəkarlığımızı bir daha sübuta yetirməyə çalışırıq! Etibarlılıq, dürüstlük və şəffaflıq 2018-ci ildən, şirkət yaranandan bəri həmişə nüfuzumuzun və uğurumuzun açarı olub! Yeni əməkdaş və müştərilərin istəklərini böyük məmnuniyyətlə qarşılayıb, onların inamını doğrultmaq yolunda irəliləyirik!
Komandamız peşəkarlardan ibarətdir və onların hər biri ümumi işə öz töhfələrini verirlər. Peşəkar mütəxəssislər komandamızın fəaliyyətinə daim nəzarət edirlər. Həmçinin mütəmadi olaraq işçilərimiz kurs və təlimlərə qatılaraq bilik və təcrübələrini daha da artırmış olurlar.
Bu sahədə olan yenilikləri operativ şəkildə iş prosesimizdə tətbiq edirik.
Paytaxtın müxtəlif sektorlarında işləyənləri gün ərzində dadlı və faydalı yeməklərlərlə təmin etməkdəyik. Günügündən böyüyən şirkətimiz bölgələrdə də öz xidmətlərini təklif etməyə, paytaxtdan kənarlarda da öz mətbəxini qurmaq yolunda addımlayır.
Niyə keyterinq şirkəti? Çünki heç də bütün müəssisələrin keyfiyyətli ərzaqları topdan satış qiymətinə əldə edib, yüksək texnologiya ilə təchiz edilmiş mətbəxdə gigiyenik norma daxilində hazırlayaraq işçilərini dadlı, sağlam naharla təmin etmək kimi imkanı yoxdur. Bütün bunlar üçün həmin müəssisə böyük əmək və maddi vəsait xərcləməlidir. Elə ən sərfəli seçim keyterinq şirkəti ilə əməkdaşlıq etməkdir.
Əksər müəssisələrdə qida zəhərlənmələri hallarına tez-tez rast gəlirik. Çünki onlarda düzgün ərzaq seçimi və saxlanılma qaydalarına əməl edəcək mütəxəssislər və şərait yoxdur. Keyterinq şirkəti ilə əməkdaşlığın daha bir üstünlüyü məhz ərzaq təhlükəsizliyidir!
Yüksək keyfiyyətli ərzaq məhsullarının seçilməsi, düzgün saxlanılması və istifadəsi, şirkətin müvafiq dövlət orqanlarından alınan rəsmi icazələri, İSO sertifikatına sahib olması, gigiyena qaydalarına və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirməsi, əməkdaşlıq etdiyi şirkətlər və əlbəttə ki, peşəkar komanda və müasir texnologiyaya sahib mətbəxi onun üstünlükləri və seçim üçün ən önəmli meyarlarıdır!